Rusiya Federasiyasının Xakasiya Respublikasında baş vermiş yanğınlar nəticəsində 15 nəfər həlak olub, 500 nəfər xəsarət alıb.
QAZİLER.AZ saytı “Arqumentı i Faktı”ya istinadən xəbər verir ki, respublika rəhbərliyinin mətbuat xidməti ilkin məlumatlara əsasən 15 nəfərin öldüyünü, 1 nəfər itkin düşdüyünü, 500-dən çox adamın xəsarət aldığını bildirir. Məlumatda qeyd olunur ki, 77 yaralı xəstəxanaya yerləşdirilib, 5 mindən artıq insan isə evsiz qalıb.Ria Novosti xəbər verir ki, ölənlərin sayı dəqiqləşdirilir. Xəstəxanaya yerləşdirilən zərərçəkənlərdən 19-nun vəziyyəti ağır olaraq qiymətləndirilir. Güclü küləklər nəticəsində artan yanğınlar üzündən ötən gün respublikada fövqəladə vəziyyət elan olunub.