Hindistanda hotel yandı - Ölənlər var

Hindistanda hotel yandı - Ölənlər var backend

Hindistanın Maharaşatra ştatının Qondiya şəhərindəki hotellərdən birində yanğın olub. Trend-in məlumatına görə, ilkin ehtimala əsasən yanğın nəticəsində 6 nəfər həlak olub.


Şəhərin mərkəzində yerləşən "Bindal" hotelində yanğın səhər saatlarında baş verib. Yanğınsöndürənlər 4 saat ərzində yanğının yayılmasının qarşısını ala biliblər.