Daha bir təyyarə qəzası - yalnız 1 nəfər sağ qaldı

Daha bir təyyarə qəzası - yalnız 1 nəfər sağ qaldı backend

Kolumbiyada təyyarə qəzaya uğrayıb. BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Kolombiyanın Puerto Karreno şəhərindən Boqotaya getmək istəyən Boeing 727 tipli sərnişin təyyarəsi havaya qalxdıqdan 3 dəqiqə sonra qəzaya düşüb. Təyyarədə olan 6 nəfərdən 5-i həyatını itirib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Qeyd edək ki, keçən ay da içində Braziliyanın "Chapecoense” Real futbol komandası oyunçularının olduğu təyyarə qəzaya düşmüşdü. Qəza zamanı 76 nəfər həyatını itirmişdi.