Rusiyada surroqat spirtli içki zəhərlənməsindən ölənlərin sayı dayanmadan artır.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, saxta içkidən dünyasını dəyişənlərin sayı 58-dən 60 nəfərə yüksəlib. İrkutsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat katibi Tatyana Şkurskaya bildirib ki, xəstəxanalarda 40 nəfər zərərçəkən var.