Suriya münaqişəsi ilə bağlı Türkiyə-Rusiya-İran nazirlərinin görüşü sona çatıb.
Ölkə.Az xəbər verir ki, görüş zamanı Rusiya və İran nazirləri Suriyada əməliyyatların və təxliyyə prosesinin problemsiz, təhlükəsiz şəkildə keçirilməsinə söz veriblər.Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Rusiya xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zarif görüşdə qəti qərara gəliblər. Nairlər Suriyanın müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını, oradakı problemlərin hərbi yolla həll edilməyəcəyi qərarına gəliblər.
Görüşdən sonra qəbul edilən qərarın mətnində bildirilir ki, hər 3 ölkə Şərqi Hələbdən müxaliflərin köçürülməsini dəstəkləyir. Hər üç nazir köçürülmə prosesinin təhlükəsiz və qan-qadasız keçirilməsində hər cür dəstəyi görcəklərini bildiriblər.
Nazirlər bildiriblər ki, baş verən proseslərdə dinc əhalinin zərər görməməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. Nazirlər regionda olan digər ölkələrin də eyni məqsədlər üçün birlikdə əməkdaşlıq etməyə dəvət ediblər.
Birgə qərarda bildirilir ki. Suriyada yaranmış siyasi gərginliyi aradan qaldırana qədər mübarizə aparılacaq və buradakı terrorçular zərərsizləşdiriləcək.