Papanın ASALA sevgisi

Papanın ASALA sevgisi backend

Türkiyəli nazir: “Roma papası ASALA-ya haqq qazandırır”.

Papa Fransisk 1915-ci il hadisələrinə dair verdiyi açıqlaması ilə erməni terror təşkilatı ASALA-nın cinayətlərinə bəraət qazandırır.

Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır bildirib.

O qeyd edib ki, Osmanlı ərazisində “erməni soyqırımı”nın törədilməsini sübut edən bircə sənəd belə mövcud deyil.

“Roma Papasının bəyanatı Türkiyə üçün tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil”, – deyə nazir vurğulayıb.

Türkiyə XİN də öz açıqlamasında bildirib ki, Roma Papasının açıqlaması Türkiyə üçün heç bir rol oynamır.

Ümumilikdə 110 terror hadisəsi törədən ASALA terror təşkilatının cinayətlərinin üçdə birindən çoxu müxtəlif dünya ölkələrinin aeroportlarına qarşı yönəldilib. ASALA tərəfindən törədilən terror aktlarının 50 faizdən çoxuna müxtəlif diplomatik missiya əməkdaşları, o cümlədən 42 nəfər Türkiyə diplomatı məruz qalıb. Həmçinin bu təşkilat tərəfindən müxtəlif din xadimləri və KİV nümayəndələrinə də qarşı cinayətlər törədilib.
Diaspora