Rusiyanın paytaxtı Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib.
Qaziler.az Ölkə.Az-a istinadən xəbər verir ki, görüş zamanı diqqət çəkən məqamlar olub. Maraqlı məqamlardan biri də, görüşdə təhlükəsizlik baxımından mühafizəçilərin gərgin olduqları aydın görünüb. Xüsusilə də, Türkiyəli mühafizəçilərə qarşı inam olmadığı aydın sezilib.Belə ki, görüş ərəfəsində iranlı mühafizəçi gözünü türkiyəli həmkarından ayırmayıb. Sankı türk mühafizəçi hər an hücum təşkil edəcəkmiş kimi onu izləyib. Görünür dünən Rusiya səfiri Andrey Karlovun Ankarada məhz mühafizəçi tərəfindən öldürülməsi qorxu yaradıb. Bu səbəbdən də, rəsmi görüşlərdə türkiyəli polis və təhlükəsizlik əməkdaşlarına inanm azalıb.
Bu görüşdən çəkilən maraqlı fotonu təqdim edirik: