Ərdoğan futbolçularla görüşdü

Ərdoğan futbolçularla görüşdü backend

"Fənərbaxça"nın avtobusuna hücum olduqdan sonra Türkiyə Superliqasının 27-ci turunun və ölkə kubokunun oyunları təxirə salınmışdı.

Publika.az xəbər verir ki, bununla əlaqədar Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan Superliqanın 18 klubunun kapitanlarıyla görüşüb.

Görüşdə kapitanlardan başqa Türkiyə Futbol Federasiyası prezidenti Yıldırım Dəmirörən, idman naziri Akif Çağatay Kılıç, Klublar Birliyinin başçısı Göksel Gümüşdağ, milli komandanın baş məşqçisi Fatih Terim də iştirak edib. Mətbuat üçün bağlı olan görüş saat yarım davam edib.
Diaspora