"Rusiyanın Ankaradakı səfirinin qətlinə operativ reaksiya verdiyi üçün Moskva Türkiyəyə minnətdardır”.
BakiPost.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib. O, səfirin qətlini terror aktı adlandırıb: "Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi alçaqcasına planlanmış terror aktıdır. Səfirimizin qətl hadisəsinin araşdırılması üçün üçün Rusiyanın istintaq qrupu artıq Türkiyəyə yollanıb”.“Türkiyəyə minnətdarıq” - Lavrov

