QAZİLER.AZ saytı Milliyyet.com.tr saytına istinadən bildirir ki, dünən axşam Türkiyədə Sakaryanın Karabürcək qəsəbəsindəki Əkinli məhəlləsində kafelərdən birinə gələn 10 nəfərlik qrup iki gənci soruşduqdan sonra kafedə oturanlara atəş açmağa başlayıb. Hadisə zamanı Kemal Can adlı bir nəfər ölüb. Kafe sahibi Murat İskəndər Can və onun qohumu Mustafa Kəskin adlı iki nəfər isə ağır yaralanıb. Hücum edənlər hadisə yerincən qaçıb.
Təcili Tibbi Yardımla xəstəxanalara çatdırılan 35 yaşlı Kemal Canın həyatını qurtarmaq mümkün olmayıb. Hadisə şahidləri qrup üzvlərinin 10 nəfərlik dəstə olaraq avtomobillərlə hadisə yerinə gəldiklərini bildirib.