Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürüldüyü gecə Moskvada Rusiya Xarici İşlər Nazirliyinin daha bir təmsilçisi evində ölü tapılıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, ölən diplomatın Rusiya XİN-in departamentlərindən birinin rəhbəri olduğu deyilir.Diplomatın mətbəxindən iki güllə və bir tapança tapılıb.
Haqqında heç bir rəsmi açıqlama verilməyən olayın cinayət və ya intihar olduğu araşdırılır.