Tehran rəhbərliyi İstanbul və Ankarada İran nümayəndəlikləri qarşısında Hələbdə baş verənlərə görə keçirilən etiraz aksiyalarına reaksiya verib.
Qaziler.az xarici mətbuata bildirir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransı zamanı verdiyi bəyanatda İranın Türkiyədəki nümayəndəlikləri qarşısında keçirilən etiraz aksiyalarını "uyğun olmayan davranış" kimi dəyərləndirib.Sözçü: "Polis bu tip hadisələr zamanı öncədən nümayəndəliyi xəbərdar etməlidir, lakin bunu etməyib. Bundan başqa, etirazlar uyğun olmayan bir vaxtda-gecəyarısı keçirilib. Məsələ ilə bağlı Türkiyənin Tehrandakı səfiri nazirliyə çağırılaraq İranın bu məsələ ilə bağlı narahatlığı ona bildirilib"- deyə əlavə edib.
O, "Türkiyədəki bəzi şəxslərin Türkiyədə İran əleyhinə bir atmosfer yaratmaq istədiyini, hadisələrin kimlər tərəfindən dəstəklənərək istiqamətləndirildiyini bilirik"-söylədi.