Rusiyanın Ankaradakı səfirinə hücum Türkiyə prezidentinin Moskvaya səfərinin qarşısını almaq üçün törədilib.
Qaziler.az Avropa.info-ya istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Dumasının deputatı Vladimir Jirinovski çıxış edib.“Mümkündür ki, sui-qəsd Ərdoğanın gəlişini pozmaq üçün törədilib. Gözlənilirdi ki, o, dekabr ayında bir günlük burada olsun, yanvarda isə böyük səfəri gözlənilir” – Jirinovski belə deyib.
Jirinovskinin fikrinə görə, Rusiya provokasiyalara aldanmamalı və türk rəsmilərin izahatını gözləməlidir:
“Qərb bizim aramızı vurmaq istəyir, Almaniya ilə də aramızı vurdular. İndi isə Türkiyə. Bütün münaqişələr Britaniya tərəfindən qızışdırılır. Noyabrda orada (Türkiydə) olmuşam, prezidentlə görüşmüşəm, parlamentdə olmuşam. Hamı bizimlə dostluq etmək istəyir. Davamlı olaraq təkərimizə çomaq soxmaq istəyirlər. Ehtiyatlı olmaq lazımdır. Bu qəsdən edilir ki, Ərdoğanın səfəri təxirə salınsın. Ehtimal ki, indi səfəri təxirə salacaqlar. Bunu qəsdən edirlər, çünki biz hamımız vacib müqavilələri imzalamalıyıq. Provokasiyalara getmək lazım deyil. İzahatları gözləməliyik. Sabit xətt tutmalı və səfirimizin qətlinin təşkilatçısını üzə çıxarmalyıq”.