Rusiya səfirinin qatili hücumu “Hələbə görə qisas” adlandırıb

Rusiya səfirinin qatili hücumu “Hələbə görə qisas” adlandırıb backend

Ankarada müasir incəsənət mərkəzində Rusiya səfiri Andrey Karlovu qətlə yetirən şəxs hücumu “Hələbə görə qisas” adlandırıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, cinayətkar sərgiyə polis vəsiqəsi ilə keçib.

Səfirin çıxışı zamanı onun yaxınlığında dayanan qatil qəflətən tapançanı çıxarıb və A.Karlova 8 dəfə atəş açıb. Sonra isə müxtəlif şüarlar səsləndirən şəxs hərəkətini “Hələbə görə qisas” adlandırıb.