ABŞ Dövlət Departamenti Ankarada Rusiya səfirinə olan hücumu qınayıb.
Qaziler.az Hürriyet-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibliyinin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında bildirib.O bildirib ki, mənbəyi nə olursa-olsun, ABŞ bu sui-qəsdi pisləyir. Amerikalı siyasətçi səfirə və ailəsinə dua etdiyini deyib.
Xatırladaq ki, bu gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd həyata keçirilib və səfir dünyasını dəyişib.