Ukraynada qarşıdurma: ölən və yaralananlar var - Müharibə başlayır?

Ukraynada qarşıdurma: ölən və yaralananlar var - Müharibə başlayır? backend

Ukrayna ordusu eyni vaxtda bir neçə istiqamətdən separatçı "Luqansk Xalq Respublikası”nın ("LXR”) qüvvələrinə hücum edib. BakiPost.az Euronews-a istinadən xəbər verir ki, Ukrayna Terrorla Mübarizə Qərargahı Svetlodarsk bölgəsindəki hücumun "Kalibri" silahlarla başladığını, nəticədə 5 ukraynalı əsgərin, separatçılardan isə 20 nəfərin öldüyünü, ümumilikdə isə 30 nəfərin ağır yaralandığını bildirib.


Birləşmiş Millətlər Təşkilatı (BMT) Donbasda qarşıdurmaların başlamasından bu yana 9 min 758 adam öldüyünü və iki ölkə sərhədindəki çox sayda yaşayış bölgəsinin boşaldıldığını açıqlayıb.