İŞİD Yəməndəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Yəməndəki terrora görə məsuliyyəti öz üzərinə götürdü backend

İŞİD terror qruplaşması Yəmənin Ədən şəhərində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, qruplaşma partlayışın terrorçu-kamikadze Əbu Həşim əl-Rədfani tərəfindən törədildiyini açıqlayıb.

Terrorçu-kamikadze dekabrın 18-də Ədənin şimal-şərqində, hərbi bazada üzərindəki partlayıcı qurğunu işə salıb. İlkin olaraq, hadisə nəticəsində 49 nəfərin öldüyü, 39 nəfərin yaralandığı bildirilirdi. Yerli mənbələr terror aktı nəticəsində ölənlərin sayının 70-ə çatdığını bildirir.