Rusiyada spirtli içkidən zəhərlənərək ölənlərin sayı 14-ə çatdı

Rusiyada spirtli içkidən zəhərlənərək ölənlərin sayı 14-ə çatdı backend

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 14 nəfərə çatıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

Son məlumata əsasən, gecə saatlarında xəstəxanalarda daha 6 nəfər dünyasını dəyişib. Ümumilikdə, zəhərlənmə əlamətləri ilə xəstəxanalara 37 nəfər çatdırılıb.

Ölən şəxslərin yemişan tərkibli spirtli içkidən zəhərləndikləri ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Faktla bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları spirtli içkilərin satıldığı ticarət obyektlərində yoxlama aparır.