Rusiyada hərbi təyyarə qəzaya uğradı: 30 nəfər ölüb - YENİLƏNİB

Rusiyada hərbi təyyarə qəzaya uğradı: 30 nəfər ölüb - YENİLƏNİB backend

Rusiya Müdafiə Nazirliyində "İl-18" təyyarəsinin Yakutiyada qəzaya uğramasını şərh ediblər. APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya MN-dən bildirilib ki, təyyarə qəza enişi edib. "Bütün sərnişinlər və ekipaj üzləri sağdır. 23 nəfər vertolyotla xəstəxanalara çatıdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir", - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, "İl-18" üç yerə parçalanıb. İlkin veriya kimi qəzaya idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraitinin səbəb olduğu bildirilir.

**
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfax”a hüquq-mühafizə orqanlarından bildirilib. Təyyarənin göyərtəsində cəmi 36 nəfər olub.
***
09:48
Rusiyanın Yakutiya bölgəsində baş verən təyyarə qəzası zamanı 20 nəfər yerli xəstəxanaya çatdırılıb. Onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Son məlumata görə, təyyarənin göyərtəsində 37 nəfər olub.
***
09:34
Rusiyada təyyarə qəzaya uğrayıb. Lent.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, İl-18 təyyarəsi Yakutiyanın Tiksi məntəqəsi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 39 nəfər - 32 sərnişin və 7 ekipaj üzvü olub.

Təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur. Qəza zamanı təyyarə 3 hissəyə bölünüb, yanğın olmayıb.