Səudiyyə Ərəbistan İranın tələblərini rədd edərək qonşu yəməndə Tehranın müttəfiqi olan Husi şiə yaraqlılarına qarşı hava bombardmanlarını davan etdirəcəyini bildirib.
Publika.az-ın məlumatına göə, Səudiyyənin xarici işlər naziri Səud Əl-Feyzal deyib ki, onlar Yəmənə legitim hakimiyyətin köməyinə, Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin hökumətini bərpa etməyə gəliblər."İran Yəməndə hakimiyyətdə deyil" - deyə Səudiyyə diplomatı Riyadda keçirilən mətbuat konfransında bildirib.
Xatırladaq ki, Yəmən prezidenti ölkədə xaos qalxandan sonra Səudiyyə Ərəbistanına qaçıb.
İranın ali dini lideri Ayətulla Əli Xomeneyi keçən həftə bildirmişdi ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın başlatdığı hava hücumları cinayət və soyqırımdır.