Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, layihənin qəbul olunması üçün sənəd Dövlət Dumasına göndəriləcək.Xatırladaq ki, dekabrın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.