Türkiyədə səfərbərlik hazırlıqları başladı

Türkiyədə səfərbərlik hazırlıqları başladı backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın terrora qarşı ümumi səfərbərlik çağırışından sonra hazırlıqlar başlayıb.

Axar.az Oda TV-yə istinadən xəbər verir ki, paytaxt Ankarada polis otel sahiblərinə səfərbərlik elan olunacağı halda obyektlərin polis nəzarətinə götürüləcəyinə dair bildirişlər paylayıb.

Bildirişdə “Milli Müdafiə Mükəlləfiyyət Komissiyası Qərarı” başlıqlı yazıda 4-cü Komandanlıq və Ankara Qarnizon Komandanlığının tələbi ilə belə bir qərar verildiyi qeyd olunub.

Sənəd Çankaya bölgə səlahiyyətlisi Aydın Ərgünün imzası ilə paylanılıb.

“Tərəflər arasındakı təhvil-təslim işləri və görülən tədbirlərin 3634 sayılı qanun və buna bağlı nizamnamə qaydalarına uyğun aparılmasını, tədarükün axsamaması üçün yaranan problemlər barədə komissiyaya məlumat verməyinizi xahiş edirik”, - sənəddə bildirilib.

Bəzi otel sahibləri polislərin bildirişi “dövlət qərarı” adı ilə verdiyini deyib.