Suriyanın Hələb şəhərində təxliyyə işlərinə əngəl törədən İranın dəstəklədiyi silahlılar rusiyalı hərbçilər tərəfindən qətlə yetirilib.
ATV.az “tgrthaber”ə istinadən xəbər verir ki, iddialara görə onlar dinc sakinləri daşıyan avtomobil karvanına atəş açdığı üçün zərərsizləşdirilib.Qeyd edək ki, atəşkəsdən sonra Hələbdən dinc sakin və üsyançıların təxliyyəsinə start verilib. Rəsmi Moskva təxliyyə işlərinə maneə törədənlərə adekvat cavabın veriləcəyi barədə xəbərdarlıq emişdi.