Suriyada Əsəd rejimini dəstəkləyən silahlı qruplar Hələbdən çıxarılan dinc sakinləri atəşə tutub.
Axar.az xəbər verir ki, bu gün səhər saatlarında Hələbin şərqində avtobusların çıxdığı məkanda ard-arda 4 partlayış olub."Röyter” agentliyi dünəndən başlayan təxliyyə işlərinin az öncə dayandırıldığını, 800-ə yaxın dinc sakinin silahlılar tərəfindən girov götürüldüyünü bildirib.