Fransa Hindistana döyüş təyyarəsi satacaq

Fransa Hindistana döyüş təyyarəsi satacaq backend

Qaziler.az AZERTAC-a istinadən bildirir ki, Fransada rəsmi səfərdə olan Hindistanın baş naziri Narendra Modi aprelin 10-da prezident Fransua Olland tərəfindən Yelisey sarayında qəbul edilib.

Görüşdə iki ölkə arasında münasibətlər və əməkdaşlıq məsələləri ilə yanaşı, Fransanın Hindistana 36 ədəd “Rafale” döyüş təyyərələrini satması ətrafında müzakirələr aparılıb.

Son illər iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyi vurğulanan görüşdə “Rafale” təyyarələrinin alınması barədə razılıq əldə olunub.

Bir ay müddətində təyyarələrin alınması ilə bağlı müqavilələrin imzalanması məqsədəuyğun hesab edilib.
Diaspora