Ermənistanın paytaxtı İrəvanda qarətçilər bir bankomatı partladıb, digərini isə yarmağa çalışıb.
APA-nın “news.am”-a istinadən yaydığı məlumata görə, qarətçilər partladılan bankomatdan 7.5 milyon dram oğurlayıblar. Onlar digər bankomatı da yarmağa cəhd ediblər.Hüquq-mühafizə orqanları araşdırma aparır.