Roqozin Bakıya gəlib

Roqozin Bakıya gəlib backend

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə Rusiya KİV xəbər verir.

Bu gün D.Roqozinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi, eləcə də Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi gözlənilir.

Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Slutski də daxildir.