Tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio Nyu-Yorda “Ermənistanın uşaqları” (COAF) fonduna 65 min dollar pul köçürüb.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, Hollivud aktyoru bu bəxşişi fondun keçirdiyi qala-konsertdə edib.Konsert zamanı 3,1 milyon ianə toplanıb.
Şübhəsiz ki, Azərbaycanda da sevilən aktyorun bu addımı torpaqlarımızı işğal edən Ermənistana dəstək verməkdir. Sosial şəbəkələrdə də Di Kaprio buna görə ittiham olunub.