İŞİD Türkiyə tankını vurdu – Ölənlər var

İŞİD Türkiyə tankını vurdu – Ölənlər var backend

İŞİD Türkiyəyə aid tankı vurub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin “Debka” saytı yayıb. Sayt terror təşkilatının TOW raketləri ilə 2A4 Leopard tanklarını vurduğunu bildirib.

Suriyanın Əl Bab şəhəri yaxınlığında baş verən hadisə nəticəsində 4 nəfər həyatını itirib.

Hələlik Türkiyə Silahlı Qüvvələri tərəfindən yayılan informasiyaya heç bir cavab verilməyib.

Qeyd edək ki, İŞİD dekabrın 13-də Əl Babda Türkiyə ordusunun 3 tankını vurmuşdu.