Qaziler.az Publika.az istinadən bildirir ki, Amerika hüquq-mühafizə rəsmiləri bildirir ki, ABŞ-ın Kapitoli binası qarşısında bir kişinin özünü güllə ilə vurub öldürməsindən sonra təhlükəsizlik tədbirləri səbəbilə binaya giriş bağlanıb.
Kapitoli polisinin sözçüsü Kimberli Şneyder şübhəli şəxsin zərərsizləşdirildiyini bildirib. Bunu deyərkən o, həmin şəxsin özünü güllələməsini nəzərdə tutub. Rəsmilər daha sonra aldığı güllə yarasında onun öldüyünü açıqlayıb.Rəsminin sözlərinə görə, polis həmçinin Kapitoli binasının terraslarının birində aşkar edilən şübhəli bağlamanı araşdırır.
Bağlanma zaman heç kəs binaya daxil ola və oradan çıxa biləcək.
İnsident paytaxtın turistlərlə dolu olduğu Milli Sakura Festivalı zamanına təsadüf edir. Ancaq Pasxa tətili səbəbilə konqresmenlər ərazidə olmayıb. Konqres işini gələn həftənin bazar ertəsi bərpa etməlidir.