Almaniyanın sabiq prezidenti Rixard fon Vayçzekker ölüb. Bu haqda Almaniyanın “Bild” nəşri xəbər verib.
94 yaşlı keçmiş prezident Berlində vəfat edib. Vayçzekker 1984-cü ildən 1994-cü ilə qədər AFR prezidenti postunu tutub. 1985-ci il mayın 8-də ikinci dünya müharibəsində Almaniyanın kapitulyasiyasının 40-cı ildönümünə həsr edilmiş bundestaqda onun nitqi alman tarixində ən əhəmiyyətlilərdən biri hesab edilir.Sabiq prezident öldü

