Soçi meri Anatoli Paxomov şəhər üzərində dronların uçuşuna qadağa qoyub. İKT.lent.az-ın “TJournal” nəşrinə istinadən məlumatına görə, Paxomov bildirib ki, pilotsuz uçan aparatlar insanların həyatına müdaxilə edirlər.
Onun sözlərinə görə, dronların uçması üçün normalar terror əleyhinə komissiyanın dekabrın 19-da keçiriləcək iclasında müəyyən ediləcək. Hələlik isə şəhərin üzərində onların bütün hərəkətlərinə qadağa qoyulur.Soçi üzərində dronların uçuşu qadağan edildi

