Hələbdə atəşkəs elan olundu — Suriya ordusu əraziyə tam nəzarət edir - FOTO

Hələbdə atəşkəs elan olundu — Suriya ordusu əraziyə tam nəzarət edir  - FOTO backend

Suriyanın Hələb şəhərinin şərqindəki müxalif güclər ilə Rusiya qüvvələri arasında atəşkəs elan olunub.

Ölkə.Az xəbər verir ki, əməliyyatlar zamanı Hələb şəhərində bir çox ərazilər Suriya hökumət qoşunlarının nəzarətinə keçib. Belə ki, Bab Əl-Nəsr, Sakkari və digər ən böyük inzibati rayonlar Suriya hökumət qoşunlarının nəzarətindədir. Bu səbəbdən də, ərazinin çox hissəsinin müxalif qüvvələrdən təmizləndiyi bildirilir.

İlk mərhələdə mühasirədə olan mülki şəxslərin təhlükəsiz şəkildə təxliyəsi nəzərdə tutulur. Bu məqsədlə bölgəyə avtobuslar da göndərilib. İkinci mərhələdə isə şəhər mərkəzindəki müxaliflərin təxliyəsi həyata keçiriləcək. Müxalif qrupların böyük əksəriyyəti şəhəri tərk etməyə razılıq verib.

Qeyd edək k, bu gün beynəlxalq xəbər aentləri döyüş gedən ərazilərdə çəkilişlər etməyiblər. Yalnız bu gün Hələbdə döyüş bölgəsindən çəkilən bir video dünya mətbuatında yayılıb. Bildirilir ki, şəhərdə müharibənin son günləri silahlı qüvvələr sivil əhalinin məskunlaşdığı ərazilərə, evlərə hücum edir. Dinc əhalinin öldürür və evləri yandırırlar. Müxalif qüvvələr partlayışlar törədirlər.

Hadisələr zamanı 82 dinc əhali öldürülüb. Öldürülənlərdən 24 nəfəri uşaqdır.

Diaspora