"İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşması İraqın ər- Ramadi şəhərinin bir neçə bölgəsində nəzarəti ələ keçirib.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, uzun sürən döyüş nəticəsində İraq ordusunun azı 10 əsgəri həlak olub.Anbar əyalətində İraq ordusuna rəhbərlik edən general Qasım Əl-Məhəmmədinin isə yaralandığı bildirilir.
Qeyd edək ki, ər-Ramadi şəhəri paytaxt Bağdaddan 110 km qərbdə yerləşir.