Rusiya Federasiyasının Hesablama Palatasının sədri Tatyana Qolikova sensasion bəyanatla çıxış edib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, xanım Qolikova 2017-ci ilin əvvəlində Rusiya Ehtiyat Fondunun tam tükənəcəyini bildirib.
“Biz bundan sonra Milli Rifah Fondunun ehtiyatlarından istifadə etməyə başlayacağıq. 2017-ci ildə bu fonddan 1,8 trilyon rubl (təxminən 29 milyard dollar) götürmək məcburiyyətindəyik. Amma sevindirici hal odur ki, 2019-cu ildə bu rəqəm qat-qat az, 140 milyard rubl təşkil edəcək.