Türkiyədə dəhşətli terror olan yerin adı dəyişdirildi

Türkiyədə dəhşətli terror olan yerin adı dəyişdirildi backend

Beşiktaş bələdiyyəsi məclisi bu gün səhər keçirdiyi fövqəladə yığıncaqda "Beleştepe” kimi tanınan yerin adının dəyişdirilməsinə qərar verib. BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bələdiyyə Məclisi dekabrın 10-u gecə saatlarında "Beşiktaş Vodafone Arena" stadionunun yaxınlığında törədilən terror aktı və xalq arasında "Beleştepe” adlandırılan ərazinin adını "Şəhidlər təpəsi” olaraq dəyişdirib. Həmin ərazidə şəhidlərin xatirəsinə abidənin ucaldılmasına da qərar verilib.


Qeyd edək ki, dekabrın 10-da Türkiyənin İstanbul şəhərində yerləşən "Beşiktaş Vodafone Arena" stadionunun yaxınlığında törədilmiş terror aktı nəticəsində 44 nəfər ölüb, 155 nəfər isə xəsarət alıb.

Hadisə ilə əlaqədar 13 nəfər saxlanılıb.