Məşhurlardan terroru pisləyən paylaşımlar - “Türkiyə diz çökməyəcək”

Məşhurlardan terroru pisləyən paylaşımlar - “Türkiyə diz çökməyəcək” backend

Türkiyənin məşhur sənətçiləri sosial şəbəkələrdə İstanbulda baş verən terror aktını pisləyən paylaşımlar ediblər.

Qaziler.az Anadolu agentliyinə istinadən xəbər verir ki, məşhur komediya ustası Şahan Gökbakar “Allah köməkçimiz olsun. Terrora lənət olsun. Qorxma sönməz şəfəqlərdə üzən al bayraq.” statusunu paylaşıb.

Pop müğənni Sərdar Ortac “Saat 4.20. 29 şəhidimiz və 166 yaralımız var. Başımız sağ olsun. Allahım sən ölkəmizi qoru” statusunu yazıb.

Müğənni Mustafa Ceceli mesajında ​​“İnsan canına qəsd etmək necə bir vicdansıqlıqdır?” yazıb.

Mustafa Sandal və Demet Akalın sosial şəbəkələrdə "Türkiyə diz çökməyəcək" ifadəsi ilə paylaşımlar ediblər.