Britaniyada aktivistlər London meri Sadiq Xandan ictimai nəqliyyatın pulsuz olmasını tələb ediblər.
Qaziler.az The Independent nəşrinə istinadən xəbər verir ki, bu çağırış paytaxt havasının çirklənməsi ilə əlaqədardır.Bundan öncə, Parisdə havanın son 10 ildə ən yüksək çirklənmə həddi müşahidə edilib. Bununla əlaqədar Fransa hakimiyyəti ictimai nəqliyyatın bir neçə gün pulsuz edilməsi barədə qərar qəbul edib.
Britaniyalı aktivistlər Xandan hətta paytaxtda bir müddət avtomobildən istifadəni də qadağan etməyi təklif ediblər. London meri isə buna cavab olaraq, hazırda şəhər havasının təmizlənməsi məsələsinin onun üçün prioritet olduğunu vurğulayıb.