Türkiyə ilə Almaniya arasında qalmaqal – Bir qrup türk hava limanında saxlanıldı

Türkiyə ilə Almaniya arasında qalmaqal – Bir qrup türk hava limanında saxlanıldı backend

İdman yarışında iştirak etmək üçün Almaniyaya yollanan 14 nəfərlik qrup polis tərəfindən 6 saatdan çoxdur saxlanılıb.

Qaziler.az-ın məlumatına görə, Avropa.info xəbər verir ki, qrupdakı bir türkün saxlanıldığı, digərlərinin də Düsseldorf hava limanında istintaqa cəlb olunduğu bildirilir.
Diplomatik mənbələrdən əldə olunan məlumata görə Ankaradan gəldikləri Düsseldorf hava limanında 6 saatdan çoxdur saxlanılan qrupdakı idmançılardan biri Almaniyaya qanunsuz yollarla insan keçirməkdə ittiham olunduğu üçün saxlanılıb və hakim qarşısına çıxarılacaq.
Aralarında qadın və uşaqların da olduğu qrupda xidməti pasport sahiblərinin də olduğu, və həmin şəxslərin polis tərəfindən tərcüməçi vasitəsilə ifadələrinin alındığı bildirilir.
Qrupdakı şəxslərin sorğusu davam edir və onlarla görüşməyə icazə verilmir.