Əsəd ordusunun Hələbdə Suriya müxalifləri ilə döyüşə cəmlənməsi nəticəsində boş qalan ərazilərə hücum edən İŞİD, yenidən Palmira şəhərini ələ keçirib.
Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin nüfuzlu “Yeni Akit” qəzeti məlumat yayıb. Məlumata görə, İŞİD antik şəhər olan Palmiraya 3 gün öncə hücuma keçmişdi.Hücumdan sonra, 2 gündür şəhəri mühasirədə saxlayan İŞİD yenidən şəhərə girib.