Türkiyədə polis məntəqəsinə hücum edilib

Türkiyədə polis məntəqəsinə hücum edilib backend

PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətində jandarma məntəqəsinə bomba yüklü avtomobillə hücum edib.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçular Hazro rayonunda avtomobili jandarma məntəqəsinin qarşısında partladıblar.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Hazırda terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.