Yerevanın mərkəzində Serj Sarkisyan rejiminin devrilməsinə səsləyən plakatlar peyda olub.
Bu cür çağırışlar əks olunmuş şüarlara hərəkətli küçələrdə və yolüstü körpülərdə rast gəlinir. Plakatlarda yazılıb: “Serjiklərdən azad olaq!”Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, plakatlar “Sasna Tsrer” üsyançı q1rupun tərəfdarları tərəfindən asılıb. Yerevan sakinlərini nəinki Serj Sarkisyandan, həm də onun Kremldəki himayədarlarından qurtulmağa çağırırlar: “Serj, sənin sahibin Putini basdıracağıq”.
Bu cür plakatlara hökumət binalarında və erməni məmurların maşınlarının üzərində rast gəlmək mümkündür.