Möcüzə nəticəsində sağ qaldı

Möcüzə nəticəsində sağ qaldı backend

İndoneziyada iki həftə əvvəl qəzaya uğrayan helikopterdəki əsgərlərdən daha birinin sağ qaldığı məlum olub.

Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, hərbçilərdən biri faciədən iki həftə sonra xilas edilib. Bildirilir ki, yaralı hərbçi qəza baş verən ərazidən bir neçə yüz metr aralıda yaralı vəziyyətdə tapılıb. İki həftə ərzində qida qəbul etməyən gəncin həyatı üçün ciddi təhlükə yoxdur.

Qeyd edək ki, dağlıq ərazidə baş verən faciə zamanı 3 əsgər həlak olmuş, bir əsgər qəzadan 3 gün sonra xilas edilmişdi.