Papa jurnalistləri təhqir etdi: “Onlar koprofiliya xəstəliyinə tutulub”

Papa jurnalistləri təhqir etdi: “Onlar koprofiliya xəstəliyinə tutulub” backend

Roma papası Amerikada prezident seçkiləri ərəfəsində yaqqında yayılan məlumatlara sərt reaksiya verib. BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalistlərə müsahibə verən Papa Frankis ABŞ-dakı seçkilərdə namizədlərin birinə dəstək verməsiylə bağlı məlumatların tirajlanmasından narahatlığını dilə gətirib: "Medianın hər kəsə açıq olması və çox vaxt yalan xəbərlər yayması qəbul edilməzdir. Mən yalan xəbər yayanların Koprofiliya xəstəliyinə (nəcis yemə- red.) tutulduğunu düşünürəm”.


O, saxta xəbərlər yayanların böyük günaha batdığını qeyd edib: "Heç kimin bunu etməyə haqqı yoxdur".

Qeyd edək ki, 8 noyabrda Amerikada keçirilən prezident seçkiləri zamanı Papanın Trampı dəstəklədiyi və bunun üçün ruhanilər arasında irimiqyaslı təbliğat apardığı haqqında ABŞ mətbuatında xəbərlər yazılmışdı.