Türkiyə Böyük Millət Məclisinin sədr müavini, millət vəkili Ayşenur Bahçekapılı Almaniyanın hava limanında saxlanılmışdı.
Qaziler.az-ın məlumatına görə, Ölkə.Az xəbər verir ki, hadisə Türkiyə prezidentinin sərt etirazına səbəb olmuşdu və eyni hərəkətlə cavab veriləcəyini bildirmişdi. Bu gün isə İstanbulun Atatürk hava limanında 4 alman diplomat təyyarəyə gecikib.Pasport nəzarət məntəqəsinə yaxınlaşan alman diplomatların sənədləri incələnib və araşdırmalar aparılıb. Diplomatlar iki saat gözləmək məcburiyyətində qalıblar. Nəticədə diplomatlar təyyarəyə gecikiblər.