Qərb ölkələri Hələb üçün yeni plan hazırlayıb.
Qaziler.az-ın məlumatına görə, Ölkə.Az xəbər verir ki, yeni plana əsasən İncirlik hərbi hava bazasından və Cənubi Kiprdən havaya qalxan hərbi təyyarələr 8 min metr yüksəklikdən humanitar yardımları paraşüt vasitəsilə Hələbə atacaqlar.Paraşütlərə bağlanmış qurğu isə koordinatları müəyyənləşdirərək havada 25 km məsafə qət edib şiddətli savaş gedən şəhərin 3 nöqtəsində enəcək. Siyasətçilərin hazırladığı plan hərbçilərin o qədər də xoşuna gəlməyib.
ABŞ İngiltərə, Fransa və Almaniya kimi dövlətlərin diplomatları və hərbçiləri sözügedən əməliyyat üzərində işləyir.