Ermənistan ordusunda baş verən növbəti ölüm hadisəsinin təfərrüatları məlum olub. APA-nın məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri yazır ki, Ermənistanın Dilican şəhərindən Dağlıq Qarabağa hərbi xidmətə çağırılan əsgər Albert Postolokyanla digər hərbi qulluqçu Qarnik Derderyan arasında dekabrın 8-ə gecə insident baş verib.
Şəxsi münaqişə zəminində Q. Derderyan əlindəki qumbaranı A. Postolokyana atıb.
Qumbaranın partlaması nəticəsində A. Postolokyan ölüb, Q. Derderyan özü isə ağır qəlpə yarası alıb.
Hazırda vəziyyəti kritik qiymətləndirilir.