Hillari Klinton namizədliyini rəsmən bəyan edəcək

Hillari Klinton namizədliyini rəsmən bəyan edəcək backend

ABŞ-ın keçmiş dövlət katibi və keçmiş birinci xanımı Hillari Klinton aprelin 12-də prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən bəyan edəcək.

APA-nın məlumatına görə, bu barədə "New York Daily News" siyasətçiyə yaxın mənbəyə istinadən xəbər yayıb. Ehtimal edilir ki, H. Klinton videomüraciət edəcək və bu, sosial şəbkələrdə yayılacaq.

Xatırladaq ki, H. Klinton Demokratlar Partiyasından ola biləcək potensial namizədlər arasında ən nüfuzlusu hesab olunur. Ekspertlər hesab edir ki, bu dəfə onun namizədliklə bağlı ilkin mərhələni keçməsi çətin olmayacaq. Daha öncə Hillari Klinton 2008-ci ildə ölkə prezidentliyinə namizədlik üçün cəhd edib, lakin son nəticədə Demokratlar Partiyasından namizəd hazırki prezident Barak Obama olub.
Diaspora