Çexiya prezidenti Miloş Zeman mayın 9-da Moskvanın Qızıl meydanında keçiriləcək Qələbə paradında iştirak etməyəcək.
APA-nın RBK-ya istinadən yaydığı xəbərə görə, M. Zeman qələbənin 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak üçün Moskvaya getsə də, hərbi parada qatılmayacaq. Bu barədə prezidentin mətbuat katibi Yirji Ovçaçek açıqlama verib. O deyib ki, parad davam edərkən M. Zeman Slovakiyanın baş naziri Robert Fitso ilə görüş keçirəcək.Xatırladaq ki, səfərlə bağlı Çexiya prezidenti ilə ABŞ-ın Praqadakı səfiri arasında narazılıq yaranıb. ABŞ səfiri Endryü Şapiro bildirib ki, M. Zemanın Rusiyaya səfəri Qərbin Ukrayna ilə bağlı vahid mövqeyinə zərbə vuracaq. M. Zeman isə səfir sərt cavab verərək bundan sonra onu öz iqamətgahına buraxmayacağını söyləyib.