Mərakeşdə avtobus yük maşını ilə toqquşub: 31 ölü, 9 yaralı

Mərakeşdə avtobus yük maşını ilə toqquşub: 31 ölü, 9 yaralı backend

Mərakeşdə sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 31 nəfər ölüb, 9 nəfər yaralanıb.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, hadisə Tan-Tan şəhəri yaxınlığında baş verib. Yük maşını ilə toqquşduqdan sonra avtobus yanmağa başlayıb. Avtobusda gənc atletlər və onların məşqçisi olub. Onlar ölkənin şimalında keçirilən yarışlardan qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır.